İranın Rusiya bazarındakı payı artacaq – İbrahim Rəisi
Kateqoriya məlum deyil
İran
prezidenti İbrahim Rəisi Rusiyaya səfəri çərçivəsində Moskvada yaşayan
iranlılarla görüşüb.
Sfera.az xəbər verir ki, İran Rəyasət Heyəti tərəfindən verilən açıqlamada, Rəisinin Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə Moskvada yaşayan iranlıları məlumatlandırdığı bildirilib.
Rusiya ilə qarşılıqlı ticari əlaqələri artırmaq istədiklərini qeyd edən Rəisi: "Putinlə bu mövzuda danışdıq. İkimiz də əlaqələri artırmaq və bunu gücləndirmək mövzusunda həmfikirik. Problemləri və maneələri aradan qaldırmaq üçün güclü iradə var", - deyə bildirib.

Ölkəsinin Rusiya bazarındakı iqtisadi payının arta biləcəyini deyən Rəisi bu mövzuda Moskva ilə güclü iradəyə sahib olduqlarını söyləyərək, "Rusiya bazarındakı payımız arta bilər. Rusiya prezidenti də həmçinin İranın Rusiya bazarındakı payının arta biləcəyini bildirib və bu, mütləq artacaq. Hər iki ölkənin bu məsələdə güclü iradəsi var”,- deyə qeyd edib.
Əzizə Zeynal