Logo

Müəllimlərin maaşı artmayacaq? – “Reallıq belədir ki…”

Müəllimlərin maaşı artmayacaq? – “Reallıq belədir ki…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Orta ixtisas məktəblərini bitirən müəllimlərin stajlarına görə 5 dərəcə üzrə ortalama stavkaları yanvardan 562 manat, ali təhsilli müəllimlərinki isə 630 manata bərabərdir. Bu da o deməkdir ki, ölkədə hazırda müəllimlərin stavkası, yəni 18 saata aldıqları əmək haqqı ortalama 600 manatdır”.

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Təhsil eksperti müəllimlərin dərs saatının aşağı olmasına diqqət çəkib:

"Ölkədə 150-160 min arasında müəllim var. Məktəblərdə isə 75-80 min arasında sinif var. Demək ortalama hər 2 müəllimə 1 sinif düşür. I-XI siniflərdə hər sinifdə olmasa da, dərsdənkənar məşgələlərlə ən yaxşı halda 321 saat dərs var. Məktəblərdə dərs saatlarından daha az əmək haqqı verilən dərnək saatlarını da nəzərə alsaq, lap deyək bu 11 sinifdə 330 saat dərs var. Bu da ortalama hər sinifdə 30 saat dərsin olması deməkdir. Nəticə alırıq ki, bu gün hər müəllim ortalama bir stavkadan da az, ən yaxşı halda 15 saat dərs deyir.

15 saat üçün ortalama əmək haqqı və sinif rəhbərliyini də nəzərə alsaq, dövlət ödənişləri çıxılmadan 520 manat edir. Artımdan sonra məcburi dövlət ödənişləri çıxıldıqdan sonra isə ölkədə ortalama hər müəllim nağd şəkildə 400 manat ala biləcək. Bu o deməkdir ki, ölkədə müəlimlər arasında median əmək haqqı, yəni müəllimlərin yarısından çoxu minimum əmək haqqından cüzi miqdarda yüksək əmək haqqı ala bilir və onların yarısından çoxunun dərs yükü 12 saatdan aşağıdır”.

K.Əsədov müəllimlərin maaşının reallığa nəzər saldıqda artmayacağını deyib:

"Qısası, əslində müəllimin əmək haqqı 20 faiz artsa da, reallıqda artmayıb. Bəs çıxış yolu? Biz müəllimlərin əmək haqqından tutulmaları ləğv etməliyik. Yəni əmək haqqından tutulan vergini və digər tutulmaları aradan qaldırmaq lazımdır. Bu zaman müəllimlərimiz yazılmış əmək haqqını tam şəkildə ala biləcəklər”.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR