Logo

Rusiya Ukraynadan təxliyyə prosesinə başlayıb? – Rəsmi açıqlama

Rusiya Ukraynadan təxliyyə prosesinə başlayıb? – Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Ukraynada diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların ailələrini təxliyyə etmələri xəbəri ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, Rusiya Kiyevdəki səfirliyin fəaliyyətini normal şəkildə davam etdirdiyini bildirib.

Qeyd edək ki, "New York Times” bir neçə gün öncə  yüksək rütbəli ukraynalı məmura istinadən yazıb ki, yanvarın 5-də əksəriyyəti rus diplomatların ailələrindən ibarət 18 nəfər Ukraynanı tərk edib. Xəbərin davamında bir neçə gün sonra Kiyevdəki səfirliyi və Lvovdakı konsulluğu 30-a yaxın adamın tərk etdiyi iddia edilib. Qəzet həmçinin Rusiyanın digər iki konsulluğundakı diplomatlara Ukraynanı tərk etməyə hazırlaşmağı tapşırdığını yazıb.

Rusiya Xarici İşlər Nazirliyi konsulluqlarla bağlı şərh verməsə də, İnterfaks-a verdiyi açıqlamada Kiyevdəki səfirliyin normal fəaliyyət göstərdiyi bildirilib. Təxliyə iddiasını dəyərləndirən Ukrayna Xarici İşlər Nazirliyi Moskvadan bu istiqamətdə hər hansı məlumat almadıqlarını deyib. Bundan əlavə, o qeyd edib ki, Kiyev Rusiyadan ukraynalı diplomatları təxliuyə etmək niyyətində deyil.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR