Logo

“Məsələ araşdırılır...” – DİN sfera.az-ın yazısına reaksiya verdi

“Məsələ araşdırılır...” – DİN sfera.az-ın yazısına reaksiya verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün öncə Sumqayıt şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müavini Musa Məmmədovun oğlu Fərid Məmmədovun satdığı avtomobili sonradan oğurlaması ilə bağlı məlumat vermişdik.

Daxili İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı Sfera.az-ın yazdıqlarına münasibət bildirib.

Saytımıza daxil olan həmin məlumatda qeyd olunub ki, şikayətlə əlaqədar istintaq araşdırmaları aparılır:

"Nailə Qaragözovanın ona məxsus "Toyota Prado” markalı avtomobilin Fərid Məmmədov tərəfindən oğurlanması ilə bağlı müraciəti əsasında hazırda Yasamal RPİ-də istintaq araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR