Logo

İran və Çin arasındakı 450 milyard dollarlıq müqavilə - Bu, nələri dəyişəcək?

İran və Çin arasındakı 450 milyard dollarlıq müqavilə - Bu, nələri dəyişəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İran və Çinin uzun zamandır müzakirə etdiyi ticarət, investisiya, müdafiə və təhlükəsizliklə bağlı imzalanan, strateji mahiyyət kəsb edən 450 milyard dollarlıq anlaşma İrana və regiona ciddi təsir edə bilər. Bu, kifayət qədər ciddi müqavilədir”.

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının İrandakı keçmiş səfiri olmuş Hua Liminq deyib ki, Çin rəsmi Tehranla münasibətlərində "çox böyük bir dəyişimə”yə qədəm qoyur.

Amma, İranın daxilində heç də hər kəs müqavilədən məmnun deyil. Bəzilərinin filrincə, anlaşmadakı detalların açıqlanmaması narahatedici məqamdır.  Hərçənd iki ölkə arasında 450 milyardlıq sənədin detallarının açılmamasını hökumət ABŞ-la bağlayır.

Hər halda, əminliklə demək olar ki, bu, Çin tarixinin ən böyük müqaviləsi olacaq və Avrasiyanın vacib coğrafiyasında yerləşən ölkə ilə qüvvəyə bu gün minəcək müqavilə bölgənin geosiyasi görkəminə ciddi təsir edə bilər.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR