Logo

Qazaxıstanda xaos nə zamana kimi davam edəcək? - ŞƏRH

Qazaxıstanda xaos nə zamana kimi davam edəcək? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi qüvvə ən uzağı Almatı şəhərində nəzarəti təmin edə bilər. Bu nümayişkaranə qoşun yeritmə əməliyyatı daha çox psixoloji xarakter daşıyır. Yəni "rus ordusu gəlir, qaçın”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Rusiyanın bütün Qazaxıstan vilayətlərinə qoşun göndərəcək böyüklükdə quru qüvvələri yoxdur:

"Belə bir niyyətlərinin olduğuna da inanmıram. Bunun üçün gərək rezervistləri də çağırsın, bu isə nəhəng xərclər tələb edən böyük çaplı işdir. Xüsusən əsas qruplaşmaların Ukrayna sərhədinə cəmləşdirildiyi bir şəraitdə. Yəni, görünən odur ki, məsələ yerli hökumətlə xalq arasında həll olunacaq”.

Siyasi şərhçi qeyd edib ki, hökumətin gücü və resursu çatsa, ölkəyə nəzarəti təmin edəcək:

"Gücü çatmasa, xaos davam edəcək - o vaxta qədər ki, insanların tələbləri yerinə yetirilsin. Hazırda isə, etiraz aksiyalarını və kollaborant Tokayev üzərində təzyiqi davam etdirməklə bağlı ciddi problem yoxdur. Təbii ki, camaat bezib, yorulub evə dağılışmasa”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR