Qırğızıstan Qazaxıstana 150 sülhməramlı göndərəcək
Kateqoriya məlum deyil
Qırğızıstan KTMT-nin sülhməramlı missiyası çərçivəsində Qazaxıstana 150 hərbçi və bir neçə hərbi texnika göndərməyi planlaşdırır.
Sfera.az-ın xəbərinə görə, bunu parlamentdə çıxışında Qırğızıstan Nazirlər Kabinetinin rəhbərinin müavini Kamçıbek Taşiyev deyib.
O bildirib ki, Qırğızıstan Qazaxıstana 150 hərbçi və 19 hərbi texnika göndərəcək.






