“Ştutqart” mağazalarının sahibi ağacları kəsərək anbar tikdirib? - FOTO
Kateqoriya məlum deyil
"Ştutqart” mağazalarının sahibi keçmiş deputat Nəriman Əliyev dələduzluqda ittiham olunur.
Sfera.az xəbər verir ki, sosial şəbəkədə onun müəyyən bir ərazidə çoxlu sayda ağacları kəsərək "Ştutqart” mağazaları üçün anbar tikdirməsi ilə bağlı foto yayılıb..
Qeyd olunur ki, biznesmenin bu qanunsuz fəaliyyəti üzrə Baş Prokurorluqda təhqiqat başlayıb.
Xatırladaq ki, Nəriman Əliyev MTN işində adı hallanan şəxslərdəndir. Keçmiş deputatın MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmışdı.
Bundan başqa "Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş.







