Milli Məclis Media haqqında qanun layihəsini qəbul etdi
Kateqoriya məlum deyil
Media haqqında qanun layihəsi III oxunuşda qəbul edilib.
Sfera.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, qanun layihəsi media sahəsində fəaliyyətin təşkilini, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Əzizə






