"Azərbaycan cinsi ayrıseçkilik üzrə dünya ikincisidir" - Bahar Muradova
"Azərbaycan cinsi ayrıseçkilik üzrə dünya ikincisidir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Bahar Muradova bildirib.
Bu duruma təəssüfləndiyini bildirən komitə sədri doğulan uşaqlar arasında oğlanların sayının çox olmasını bioloji ayrıseçkiliyə nümunə olaraq göstərib."Lakin Azərbaycanda Milli Məclis və digər dövlət qurumlarında qadınların sayının çox olması artıq gender bərabərliyinə nümunədir. Azərbaycanda hazırda aparıcı dövlət qurumlarında ümumilikdə 8 rəhbər qadın var. Hər 100 təhsil alanın 47-i qadın, digərləri kişidir.
Bakalavriat üzrə təhsil alanların içərisində qadınlar, magistratura səviyyəsi üzrə isə təhsil alanlar içərisində isə kişilər üstünlük təşkil edir. Ailə, Qadın və Uşaq Komitəsi təhsil alanlar içərisində qadın-kişi bərabərliyi üçün yerli icraedici orqanlarla birlikdə iş görür".
Əzizə Zeynal






