Logo

Tramp Baydeni geridə qoydu – İştirakçıların 44 faizi...

Tramp Baydeni geridə qoydu – İştirakçıların 44 faizi...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Redfield & Wilton Strategies” şirkətinin keçirdiyi seçki sorğusunda məlum olub ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilərsə, keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenə 6 xalla qalib gələcək.

Sfera.az xəbər verir ki, ABŞ-da prezident Co Baydenin prezidentliyə təsdiq nisbəti 41%-ə endikdən sonra Böyük Britaniyada yerləşən "Redfield & Wilton Strategies” şirkətinin keçirdiyi seçki sorğusu maraqlı nəticələr ortaya çıxarıb. Dekabrın 18-də şirkətin ABŞ-nin 1500 yetkin şəxsi arasında keçirdiyi sorğuda belə qənaətə gəlinib ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilərsə, Tramp Baydeni 6 xal qabaqlaya bilər.

Seçkidə iştirakçıların 44 faizi Trampa, 38 faizi Baydenə, 12 faizi qərarsız, 5 faizi başqa namizədə səs verəcəyini, 1 faiz isə namizədinin olmadığını bildirib.

Respondentlərin 44 faizi Bayden administrasiyasının siyasətini bəyəndiyini desə də, 38 faizi bu siyasəti bəyənmədiyini bildirib.

Rəsmi nəticələrə görə, ötən il ABŞ-da keçirilən prezident seçkilərində Bayden 51,3 faiz, Tramp isə 46,9 faiz səs toplayıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR