COVİD-19-un beşinci dalğası? – Ekspert “mümkündür” deyir
Kateqoriya məlum deyil
Son günlər COVİD-19-un beşinci dalğası ilə bağlı
dünya mediasında mütəmadi məlumatlar dərc olunur. Növbəti ildə bunun gözlənilən
olduğu bildirilir və səbəb kimi də Yeni il bayramından irəli gələn şənliklər,
yığıncaqlar və.s göstərilir.
Məsələn, ötən gün Almaniyanın səhiyyə naziri Karl Lauterbax beşinci dalğa ilə bağlı həyəcan təbili çalaraq, bunun baş verəcəyi halda mübarizənin çətin olacağını vurğulayıb.
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli növbəti dalğa ilə qarşılaşmaq ehtimalımızın real olduğunu deyib:
"Son həftələrdə sürətlə yayılmaqda olan "Omicron” variantının artıq qonşu ölkələrdə də artmaqda olduğu haqda məlumatlar gəlir. Bu da o deməkdir ki, yeni bir dalğa ilə üzləşə bilərik. Burada təsiredici digər ünsürlər də var. Məsələn, mövsüm, havaların soyuq keçməsi, Yeni il günləri ilə bağlı əhali arasında sıx təmaslar və.s”.
Günay Rəsulqızı

Müsahibimizin sözlərinə görə, neqativ xəbərlərlə yanaşı, pozitiv xəbərlər də var:
"Belə ki, xəstəliyin müalicəsində istifadə oluna biləcək, təsdiqlənmiş antiviral preparatlara yenisi əlavə olunub. Bunu ağız yolu ilə qəbul etmək mümkündür. Bu isə, pandemiya ilə mübarizədə çox önəmli addımdır. Eləcə də vaksinasiya davam edir, növbəti dozanın vaxtı çatmış şəxslər vaksinasiyada iştirak edir. Bu artıq təcrübə ilə sübut olunmuş bir yoldur ki, keyfiyyətli vaksinlə alınmış süni immunitet istənilən dalğada insanı xəstəliyin ağırlaşmasından qoruyur. Burada əsas diqqət olunmalı məqam vaksinin effektivliyidir”.Günay Rəsulqızı