ÜST-dən “Omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən həyəcan təbili çalıb.
Sfera.az bildirir ki, bu dəfə qurumun Avropa üzrə direktoru Hans Kluq region ölkələrinin səhiyyə sistemlərinin təcili olaraq "Omicron”nun yaradacağı dalğaya qarşı tədbir görməli olduqlarını deyib.
O, yeni ştamla mübarizə çərçivəsində üç mərhələli həll planı açıqlayıb.
"Dərhal edilməli 3 şey var: Vaksin vasitəsilə özümüzü qorumaq, infeksiyanın qarşısını almaq və səhiyyə sistemlərini yoluxma sayındakı artıma hazrlamaq. Peyvəndlər ağır xəstəlik və ölümə qarşı ən yaxşı müdafiəni təmin edir, virusla bağlı isə, birgə addım atmalıyıq. Eyni zamanda hökumətlər və səlahiyyətli şəxslər də pandemiyanın ciddi dalğasına qarşı hazırlaşmalıdır”, deyə Kluq əlavə edib.
ÜST rəsmisi 2020-ci ilin dekabr ayı ilə müqayisədə bu il Avropa və Orta Asiyada 27 mindən çox ölümün qeydə alındığını vurğulayıb: "Həmçinin ötən ilə nisbətən, bu il yoluxma sayı da 2 milyon 600 minə qədər artıb”.Günay Rəsulqızı






