Daha bir məktəbli intihar etdi
Kateqoriya məlum deyil
Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.
Sfera.az xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.
Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(report)






