Logo

Nazir məktəbdə baş verən "saç qalmaqalı"na münasibət bildirdi: "Hər kəs səhv edə bilər"

Nazir məktəbdə baş verən "saç qalmaqalı"na münasibət bildirdi: "Hər kəs səhv edə bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təhsil naziri jurnalistin övladı ilə bağlı məktəbdə baş verən qalmaqala münasibət bildirib.

Sfera.az xəbər verir ki, nazir bu gün keçirilən brifinqdə bildirib ki, müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib:

"1 milyon 500 min müəllimi olan təhsil sistemində mümkündür ki, hansısa müəllim saçı uzun olan oğlanı qıza bənzətsin.

Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İnanıram ki, bunu şagirdi alçatmaq üçün etməyib. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəsin".

Xatırladaq ki, 116 nömrəli məktəbin müəllimi jurnalist Röya Rəfilinin övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR