Logo

Fazil Mustafa mediaya qoyulan bu qadağaya ETİRAZ ETDİ: "Bəzi dövlət qurumları..."

Fazil Mustafa mediaya qoyulan bu qadağaya ETİRAZ ETDİ: "Bəzi dövlət qurumları..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünyanın bir çox yerində təhsil müəssisələri müqəddəs sayılır, bizdə isə qaranlıq yerlər..."

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa "Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələr zamanı bildirib.

Deputat media nümayəndələri üçün tətbiq edilən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməsi ilə bağlı qadağaya reaksiya verib:

"Bəzi dövlət qurumları xurafatların yayılmasında rol oynayır və deyirlər ki, bu bizim adət-ənənədir. Bəzən qurum nümayəndələri hansısa pirdən görüntüləri təqdim edib deyirlər ki, bura bizim müqəddəs yerdir,  ziyarətgahdır. Dini ekstremizm bizim üçün mühüm məsələdir. Hətta bununla bağlı sənədli filmlər hazırlanır. Buna media nə etsin? Bu kimi məsələlərə diqqətlə yanaşmaq lazımdır ".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR