Logo

“Washington Post”dan inanılmaz məqalə: “ABŞ-da dövlət çevrilişi olacaq”

“Washington Post”dan inanılmaz məqalə: “ABŞ-da dövlət çevrilişi olacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da hərbi çevrilişin olacağı ilə bağlı iddialar yayılıb.

Sfera.az bildirir ki, bu barədə məşhur "Washington Post” qəzetində yazı dərc olunub.

ABŞ ordusunda çalışmış, ehtiyatda olan 3 general sözügedən məqalədə çevrilişin 2024-cü ildəki seçkilər zamanı baş tuta biləcəyini qeyd ediblər. Bununla yanaşı, onlar ehtimal olunan vətəndaş müharibəsi ilə bağlı da həyəcan təbili çalıblar.

Ehtiyatda olan general-mayor Paul D.Eaton,  Antonio M.Taquba və briqada generalı Stiven M. Andersonun yazdığı məqalədə ABŞ ordusunda komandanlıq zəncirinin pozulduğuna diqqət çəkilib. Oklahoma Milli Qvardiya komandiri Tomas Mançinonun Ağ Evin əsgərlərə peyvənd vurulması əmrinə qarşı "Mən əmri Baydendən yox, əyalət qubernatorundan alıram” ifadələrindən istifadə etməsi də səbəb kimi göstərilib.

"2024-cü ildə hazırkı prezident Co Bayden və Respublikaçılar Partiyasından olan Donald Tramp və ya ona bənzər biri arasında mübahisəli seçkilər orduda parçalanmaya, çevriliş cəhdinə və vətəndaş müharibəsinə səbəb olacaq”, deyə məqalədə qeyd olunub.

Günay Rəsulqızı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR