Siyavuş Novruzov Naxçıvanı nümunə göstərdi: "Digər bölgələrimizdə də tətbiq edilsə..."
"Hər gün narkotik dövriyyəsi ilə məşğul olan 60-70 nəfər şəxs aşkarlanır, həbs olunur. Bu çox ciddi siqnaldır".
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müzakirələr zamanı bildirib.
Deputat bütün bölgələrdə uçot məsələsinin tətbiqinin zəruri olduğunu deyib:
"Şəxsiyyət vəsiqəsinin, yaşayış ünvanının dəqiqliyi bu problemin həllində xeyli xidmət göstərə bilər. Bu şəxslər elə yerə yığışır ki həmin yerlərdə bu işlə məşğul olan şəxslər çox olur. Naxçıvan Muxtar Respublikasında narkotik dövriyyə, cinayətkarlıq sıfırdır. Nə taksi sürücüsünə, nə də vətəndaşa evində basqı var. Bu isə uçotun aparılması nəticəsində olur. Digər bölgələrdə də bu sistem tətbiq edilsə, cinayətkarlığın qarşısı alınar".
Əzizə Zeynal
Sfera.az






