Logo

AB ölkələri Azərbaycanın vaksinasiya sertifikatını tanımır – Problemi kim yaradır?

AB ölkələri Azərbaycanın vaksinasiya sertifikatını tanımır – Problemi kim yaradır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Deputat Vüqar Bayramovun "Vaksinasiya sertifikatı" Avropada tanınmayıb. Məlum olub ki, Azərbaycanda verilən "Peyvənd sertifikatı”nın QR kodu Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur. Hətta "Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər”.

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM)  tərəfindən vaksinasiya üzrə elektron bazamızın Avropa Birliyi elektron sisteminə inteqrasiyası baş tutmayıb:

"Hansı ki, Avropa Birliyinə üzv olmayan digər ölkələr, Gürcüstan, Moldova, Ukrayna, Türkiyə öz sistemlərini inteqrasiya edə biliblər. Ümumiyyətlə isə, biz dəfələrlə qeyd etmişik ki, səhiyyə sistemində, TƏBİB-də rəqəmsallaşma ən zəif inkişaf edən sahələrdən biridir.  Səhiyyə sistemində rəqəmsallaşmaya və e-xidmətlərə dövlət nəzarəti və ictimai nəzarət  zəif təşkil olunub. TƏBİB bünövrədən bu elektronlaşmanı düz qurmaqda çətinlik çəkdi,  eGov-la əməkdaşlıq yetərli olmadı. Onların sistemlərinin vətəndaşlara səhv olaraq göndərdiyi SMS-lər də yaddan çıxmayıb. COVİD-19-la bağlı EHİM, MHM, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən çoxsaylı mobil resurslar hazırlansa da, görünür ki, heç biri inteqrasiya proseslərini nəzərə almayıb”.

O.Gündüz bildirib ki, ölkədə bəzi dövlət qurumları həmin o inteqrasiyanın olmaması ucbatından bir-birilərinin elektron sənədini tanımırlar:

"Özüm bu yaxınlarda bu cür biabırçı  situasiyanın şahidi olmuşam. Əgər hansısa bir dövlət qurumumuz digər qurumun elektron sənədini tanımırsa, QR kodunu oxumursa, onda düşünürəm ki, biz Avropa Birliyindən elə şikayətçi olmamalıyıq. Yeri gəlmişkən, prezidentin 2018-ci il 12 sentyabr tarixli, həmin o inteqrasiya ilə bağlı qəbul etdiyi çox gözəl bir fərman da var.  Göründüyü kimi fərmanın tələbləri hələlik tam yerinə yetirilməyib,  elektron sənədlərimizin,  informasiya sistemlərinizin nə ölkə daxilində, nə də xaricdə tanınması hələlik baş tutmayıb”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR