Logo

Erməni politoloq Sarkisyanın fotosunu bu şərhlə paylaşdı: “Əxlaqsız...”

Erməni politoloq Sarkisyanın fotosunu bu şərhlə paylaşdı: “Əxlaqsız...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Erməni politoloq Alen Gevondyan öz feysbuk hesabında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fotosunu paylaşaraq, onun hakimiyyət illərini Ermənistanın ən əxlaqsız səhifəsi adlandırıb.

Sfera.az xəbər verir ki, tanınmış politoloq Sarkisyanın fotosunu bağlı olan şkaflardan birində tapdığını qeyd edib:

"Mən bunu həmişə bağlı olan məktəb şkaflarından birində tapdım. Bu, Ermənistan Respublikası tarixinin əxlaqsız səhifələrindən biridir. İndi sual verirəm, əziz tələbələr, inqilabınızı bəyəndinizmi?

Siz dövləti dağıtmaqda fəal idiniz, biz dövləti ayaqda tutmaq mərhələsindəyik, niyə ağzınıza su almısını?  Bilirsiniz, mən şəxsən kimin nə etdiyini və proseslərdə nə dərəcədə iştirak etdiyini yaxşı bilirəm. Yaddaşım çox yaxşıdır”,-deyə politoloq qeyd edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR