Logo

Qarabağdan yalan məlumatlar yayan Peqov saxlanıldı - VİDEO

Qarabağdan yalan məlumatlar yayan Peqov saxlanıldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyalı "jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə RİA "Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.

Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən "WarGonzo” layihəsinin yaradıcısıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR