“Yasların təşkilinə icazə verilməlidir” - Deputat
Kateqoriya məlum deyil
"Toyların keçirilməsinə icazə verildiyi kimi, yasların təşkilinə də icazə verilməlidir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib. Millət vəkili bu məsələ ilə bağlı ona müraciətlərin daxil olduğunu bildirib:
"Olduğum müxtəlif yerlərdə yasların keçirilməsinə icazə verilməsinin vacibliyi ilə bağlı müraciət edirlər. Elə rayonlar var ki, bu qadağalar yumşaq, elə rayonlar da var ki sərt şəkildə tətbiq edilir. Elə çıxmasın ki, toyda yoluxma olur, yasda olmur. Onsuz da qadınlar evdə toplaşıb yas edirlər. Kişilər üçün də bu şəraitin yaradılmasına icazə verilməlidir".
Deputat məscidlərdəki ibadətlərə tətbiq edilən say limitinə də etiraz edib:
"Bundan başqa məscidlərdə tətbiq edilən say limiti də inanclı kəsimi narahat edir. Onlar gündə üç dəfə dəstəmaz alırlar və daha gigiyenikdirlər, odur ki, məscidlərdə yoluxma faizi az ola bilər. Operativ Qərargahdan bu məsələyə diqqət yetirməsini istəyirəm. Arzumdur ki, aidiyyatı orqanlar deputatların fikirlərinə münasibət bildirsin. Bir-birimizə qarşı hörmət mühitində işləyək ki, yersiz deyilən sözlər və açıqlamalar münasibətlərimizi gərginləşdirməsin".Əzizə






