Logo

Nazarbayev Bakını bu quruma dəvət etdi - Cavabımız nə olacaq?

Nazarbayev Bakını bu quruma dəvət etdi - Cavabımız nə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə ola biləcəyini deyib. Nazarbayev bununla sətiraltı da olsa rəsmi Bakını təşkilata dəvət edib.

Maraqlıdır, Azərbaycan indiki halda Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə ola bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması və ya Nazarbayevin qeyd etdiyi kimi müşahidəçi qismində iştirak etməsi hər zaman gündəmdə olan məsələdir:

"Yəni ilk dəfə deyil ki, ölkəmiz belə bir dəvət alır. Aydın məsələdir ki, rəsmi Bakının Avrasiya İqtisadi İttifaqında olmasını Rusiya istəyir. Kreml faktiki olaraq Nazarbayevin dili ilə Bakıya bu istəyini çatdırır. Azərbaycan bu günə qədər Kremlin Avrasiya İqtisadi İttifaqın üzv olmaq təklifinə diplomatik manevrlər edərək yayınmağı bacarıb. Hesab edirəm, mövqeyimizi bu gün də dəyişməməliyik. Çünki hazırda regionda çox çətin geosiyasi proseslər gedir. Belə ki, regionda başda Rusiya, İngiltərə, hətta Çinin də maraqları var. Rəsmi Bakı bu reallığı nəzərə alaraq hərəkət etməlidir”.

Müsahibimiz onu da qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində qatılması o vaxt mümkün ola bilər ki, bu milli maraqlarımıza zidd olmasın.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR