Logo

İcra Hakimiyyətindən məktəbə hücum xəbəri haqda AÇIQLAMA

İcra Hakimiyyətindən məktəbə hücum xəbəri haqda AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tərtər Rayon İcra Hakimiyyəti rayonun Şıxarx kəndində yerləşən 2 saylı orta məktəbə hücum olması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, qurumdan verilən məlumatda deyilir: "Vətən müharibəsi dövründə evləri dağılan bir qrup məcburi köçkün ailəsi evlərinin təmiri başa çatmadığı üçün hələ də Tərtər rayonunun Şıxarx 2 saylı tam orta məktəbində yaşayırlar. Məktəbə kənar şəxslər tərəfindən heç bir hücum olmayıb”.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə saytımıza bildirilib ki, qeyd edilən məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Xatırladaq ki, sözügedən məktəbin direktoru Tofiq Hacıyev əvvəlki açıqlamasında hadisənin 10-15 gün əvvəl olduğunu təsdiqləmişdi.

(qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR