Noyabrda ərzaq qiymətləri 15 faiz artıb: Ən çox bu məhsullar BAHALAŞIB
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabrında bahalaşma əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin noyabrına nisbətən isə 11,1 faiz yüksəlib.
Noyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 1,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 14,9 faiz bahalaşıb.
Ötən ay qeyri-ərzaq məhsulları əvvəlki ayla müqayisədə 0,5 faiz, əvvəlki ilin noyabrına nisbətən 7,1 faiz, pullu xidmətlər ay ərzində 1,6 faiz, əvvəlki ilin noyabrına nisbətən 9,1 faiz artıb.
Noyabrda aylıq müqayisədə ərzaq məhsulları arasında ən çox bahalaşma tərəvəzlərdə (6 faiz), yumurtada (4 faiz), süd və süd məhsullarında (2,8 faiz), yağlarda (1,8 faiz), qənd, cem, bal, şokolad və konfetdə (1,5 faiz), çörək, çörək məmulatları və yarmalarda (1,4 faiz) qeydə alınıb.
Vasif
Sfera.az






