"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri - ADLAR
Kateqoriya məlum deyil
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sfera.az xəbər verir ki, "Qarabağ" 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında öz qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.
Bunlar "Sparta" (Praqa, Çexiya), PSV (Niderland), Lester (İngiltərə), "Fənərbağça" (Türkiyə), "Marsel" (Fransa), "Midtyullan" (Danimarka), Seltik (Şotlandiya) və "Rapid"dir (Avstriya.
Xatırladaq ki, "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində öz qrupunda üçüncü yeri tutub və 1/16 final mərhələsinə vəsiqə qazanıb.






