Logo

Müharibə olmayacaq – Baydenlə Putin razılığa gəldi

Müharibə olmayacaq – Baydenlə Putin razılığa gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Nə Rusiya, nə ABŞ regionda aktiv müharibənin olmasını istəmir. Dünənki görüşdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin sərgilədiyi mövqe də bunu təsdiqləyir. Tərəflər mövcud vəziyyətdən narahatlığını ifadə edərək müharibə ssenarilərindən maksimum uzaq duracaqlarını nümayiş etdirdilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Bayden və Putin arasında baş tutan görüşün gündəliyində bir neçə mövzu olsa da, təbii ki, əsas müzakirə Ukrayna ətrafında cərtəyan edən son proseslər idi:

"Bayden açıqca xəbərdarlıq etdi ki, Rusiya aqressiv davranışlarına davam etsə, iqtisadi sanksiyalar işə düşəcək. Baydenin bu sözlərindən belə bir nəticəyə gələ bilərik ki, rəsmi Vaşinqton heç də Kremllə müharibə istəmir. İqtisadi sanksiya üzərindən təzyiq Vaşinqtonun lokal müharibədən yayındığını göstərir. Bənzər mövqeyi Putinin də sərgilədiyini gördük. Putin çıxışında açıqca qeyd etdi ki, NATO sərhədlərini aşsa, Rusiya da adekvat cavab verəcək. Göründüyü kimi, indiki halda Kremli Ukraynanın şərqində baş verən proseslərdən çox NATO-nun sərhədlərinə sürətlə yaxınlaşmasından narahatdır. Yəni Moskva Ukrayna sərhədinə 120 mindən çox hərbçi və çoxsaylı döyüş texnikası yığaraq NATO-ya xəbərdarlıq edir”.
 
Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR