BMT Təhlükəsizlik Şurası Qəddafinin ailəsinə qoyulan səyahət qadağasını LƏĞV ETDİ
Kateqoriya məlum deyil
2011-ci ildə öldürülən Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşı və iki övladına qoyulan səyahət qadağası BMT Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən humanitar əsaslarla müvəqqəti olaraq ləğv edilib.
Sfera.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Liviya Sanksiya Komitəsi Qəddafinin həyat yoldaşı Safia Farkash Al-Barassi, qızı Aisha Muammar Muhammad Abu Minyar Qəddafi və oğlu Məhəmməd Müəmmər Qəddafinin humanitar əsaslarla 2022-ci il mayın 31-dək ölkəyə giriş qadağasını ləğv etmək qərarına gəlib.
Səyahət qadağası aradan qaldırıldıqdan sonra Qəddafinin həyat yoldaşı və iki övladı bu müddət ərzində humanitar məqsədlər üçün qeyri-məhdud səyahət edə biləcəklər.Əzizə Zeynal






