Logo

Əlilliyin təyin olunması 'Yaşat" Fonduna verilə bilər? - Açıqlama

Əlilliyin təyin olunması 'Yaşat" Fonduna verilə bilər? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Müharibədə yaralanmış hər kəs əlil statusu almır. Əlilliyin təyin olunması tibb məntəqəsində başlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yekunlaşdırılır”.

Sfera.az xəbər verir ki, bunu "Yaşat” Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Elvin Hüseynov Vətən müharibəsi iştirakçıları üçün əlilliyin təyin olunması məsələsinin "Yaşat" Fondu tərəfindən həyata keçirilə bilməyəcəyini deyib:

"Məndə olan məlumata görə, nazirlikdə 2200 dən artıq şəxsin əlilliyi ilə bağlı məsələyə baxılıb. Ola bilər ki, diaqnozda yanlışlıq olsun, bu halda da həmin şəxs təkrar müraciət edib, müayinə oluna bilər. Əlilliyin təyin olunması tibb sahəsinə aiddir. "Yaşat" Fondunun nümayəndələri isə tibb təhsilli deyil. Bu sahə üzrə mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var və doğru qərarı onlar verirlər"

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR