“20 min şəhid ailəsinə ödəniş təyin etmişik” – Sahil Babayev
Kateqoriya məlum deyil
"İl ərzində 20 min şəhid ailəsinə ödəniş təyin etmişik”.
Sfera.az xəbər verir ki, bu barədə "YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir cari il ərzində şəhid ailələrinə müharibə əlillərinə 2600-dək mənzil verildiyini də diqqətə çatdırıb:
"Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. İl ərzində sosial psixoloji dəstək proqramları ilə 10 min nəfəri əhatə etdik. 1082 müharibə iştirakçısına müxtəlif reabilitasiya təyin edilib. Müxtəlif əzalarını itirən qazilərimiz elektron protezlərlə təmin edilib. Növbəti 15 gün ərzində müharibədə əzalarını itirən qazilərimizin protezlə təmin olunması yekunlaşacaq".Əzizə






