Logo

Azərbaycanla Türkiyə ortaq döyüş təyyarələri istehsal edəcək? – Türkiyəli ekspertdən açıqlama

Azərbaycanla Türkiyə ortaq döyüş təyyarələri istehsal edəcək? – Türkiyəli ekspertdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Türkiyədən yeni "Hürkuş” tipli hərbi təlim təyyarələri alıb. Bu isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının növbəti mərhələsi kimi nəzərdən keçirilə bilər.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib ki, Türkiyə hazırda milli döyüş təyyarəsini hazırlamaq üçün böyük səylər göstərir.

"Bu gün təlim üçün nəzərdə tutulan hərbi təyyarələr istehsal etsək də, potensial bir F-16 istehsal edə bilmirik. Hesab edirəm ki, Türkiyə və Azərbaycan ortaq döyüş təyyarəsinin ərsəyə gəlməsi üçün əməkdaşlıq edə bilər. Bu iki ölkə arasındakı mövcud hərbi əməkdaşlığı növbəti etapa keçirə bilər.

Təbii ki, belə bir şey böyük güclərin də diqqətini çəkəcək. Ankara və Bakının ortaq döyüş təyyarəsi ərsəyə gətirməsi narazılıqla qarşılana bilər. Yəni bu kimi təhlükələri də hesablamaq lazımdır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR