Bakıda sürət qatarı süpürgəçini vurub öldürdü
Kateqoriya məlum deyil
Bakıda sürət qatarı qadını vurub.
Sfera.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Pirşağı elektrik qatarı yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Pirşağı istiqamətində hərəkətdə olan sürət qatarı ərazidə təmizlik işləri aparan süpürgəçi qadını vurub. Nəticədə qadın hadisə yerində keçinib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.






