Logo

Bakıda KÜTLƏVİ DAVA: yaralananlar var

Bakıda KÜTLƏVİ DAVA: yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.

Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

6 nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR