Logo

“Soçi görüşü ilə bağlı gizli məqamlar Ərdoğana məlumdur...” - Şərh

“Soçi görüşü ilə bağlı gizli məqamlar Ərdoğana məlumdur...” - Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda azərbaycanlı həmkarı İlham Əliyevlə Soçi görüşünün nəticələri barədə danışıb. Türkiyə prezidenti Əliyevin ona bu görüşün (Soçi görüşü – red.) çox məhsuldar olduğunu və və Araz çayı boyunca dəmir və avtomobil yolunun tikintisi məsələsinin həll edildiyini söylədiyini deyib. Ərdoğanın xüsusilə "Ermənistan vasitəsilə səyahət üçün uğurlu addım olacaq” deməsi onun Zəngəzur dəhlizinin açılmasından bəhs etdiyi təəssüratı yaradır.

Maraqlıdır, Türkiyə prezidenti bu sözləri Zəngəzur dəhlizinin açılacağına dəlalət edir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı bildirib ki, Soçi görüşü ilə bağlı ictimaiyyətə az məlumat verilib:

"Bunun belə olacağı bəlli idi. Lakin Soçi görüşü ilə bağlı məlumatın azlığı suallar da yaradır. Ərdoğanın sözlərinə gəldikdə isə görünür, o, artıq Soçi görüşünün nəticələri və ictimaiyyətə açıqlanmayan məqamlar haqda məlumatlıdır. Məsələ ondadır ki, Türkiyə hər zaman Zəngəzur dəhlizinin açılmasını istəyib. Ərdoğanın son sözlərindən də belə nəticəyə gələ bilərik ki, rəsmi Ankaranın bu məsələdəki mövqeyi dəyişməyib, əksinə, bu məsələdə Bakı qədər israrlıdır”.

Müsahibimiz qeyd edib ki, Ərdoğan bu çıxışı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşü sonrası mətbuata verdiyi açıqlama arasında paralellik var:

"Ölkə başçısı Soçi təmaslarından sonra qeyd etdi ki, görüş çox konstruktiv keçib, Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı böyük töhfələr verəcək, nəqliyyat, kommunikasiyalar ilə bağlı mühüm işlər görüləcək. İndi Ərdoğanın da "Araz çayı boyunca dəmir və avtomobil yolunun tikintisi məsələsi həll olunub İğdıra avtoban haqqında da məsələ var, bu, Naxçıvan probleminin həlli, eləcə də Ermənistan vasitəsilə səyahət üçün uğurlu addım olacaq” deməsi ondan xəbər verir ki, Soçi görüşündə Zəngəzur dəhlizinə dair bir razılıq əldə olunub və hazırda bu istiqamətdə işlər görülür”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR