Azərbaycanın bu şəhərində ölənlər doğulanlardan ÇOXDUR
Kateqoriya məlum deyil
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Gəncə şəhərində təbii artım qeydə alınmayıb. Şəhərdə ölənlərin sayı doğulanların sayından çox olduğundan Gəncə əhalisində təbii artım baş verməyib.
Sfera.az bildirir ki, 9 ay ərzində Gəncə şəhərində 1980 nəfər dünyasını dəyişib, 1855 insan isə dünyaya gəlib. Nəticədə şəhər əhalisinin sayında təbii artım azalıb.
Gəncədə demoqrafik vəziyyətin pisləşməsi Nizami rayonunda qeydə alınıb. Nizami rayonunda 937 nəfər dünyasını dəyişib, 807 nəfər isə doğulub.Qeyd edək ki, Gəncə əhalisinin sayına görə Azərbaycanın üçüncü ən böyük şəhəridir. Burada 335,8 min insan qeydiyyatdadır.
Vasif






