Logo

Azərbaycanda ən çox qiymət artımı bu məhsullarda olub – 60 faiz bahalaşma

Azərbaycanda ən çox qiymət artımı bu məhsullarda olub – 60 faiz bahalaşma
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin oktyabrdında tərəvəzlərin qiymətində illik artım 56,7 faizə yüksəlib.

Sfera.az bildirir ki, tərəvəzlərdə bahalaşma sentyabrda 42,2 faiz, avqustda 29,1 faiz olmuşdu.

Tərəvəzlərin bu qədər bahalaşması ərzaq məhsullarının ümumi qiymət səviyyəsinin yüksəlməsində həlledici rol oynayıb. Oktyabrda ərzaq məhsullarının 13,1 faiz bahalaşmasında tərəvəzlərdəki qiymət artımı ən böyük paya sahib olub.

Bu il ağ kələm, xiyar, pomidor, kartof kimi əsas tərəvəz məhsullarında ciddi qiymət artımı qeydə alınıb. Pomidorun dəyəri 1,6 dəfə yüksəlib. Bir ildə pomidorun qiyməti 1,08 manatdan 2,8 manata qədər artıb.

Ağ kələmin qiyməti 2,44 dəfə artıb. Son bir ildə ağ kələmin qiyməti 42 qəpikdən 1,02 manata yüksəlib. Ötən müddətdə ağ kələmin qiyməti 60 qəpik artıb.

Xiyar 87-88 faiz bahalaşıb. Bir il ərzində xiyarın dəyəri 66 qəpikdən 1,23 manata yüksəlib.

Göy lobyanın qiyməti 1,18 dəfə artıb. Ötən müddətdə göy lobyanın dəyəri 1,07 manatdan 2,3 manata qalxıb.

Ən mühüm tərəvəzlərdən olan kartofun qiyməti 22 faiz artaraq 72 qəpikdən 87 qəpiyə, baş soğanın dəyəri 29 faiz yüksələrək 49 qəpikdən 64 qəpiyə çatıb.
Göyərtilərin qiyməti isə 26,1 faiz artaraq 23 qəpik olub.
 
Vasif
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR