Logo

“Heç olmasa, bu dəfə vaxtında bəyanat verə bildilər” – Qabil Hüseynli

“Heç olmasa, bu dəfə vaxtında bəyanat verə bildilər” – Qabil Hüseynli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Həmsədrlərin regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlə bağlı bəyanat yayması müsbət hadisədir. Heç olmasa, bu dəfə vaxtında bəyanat verə bildilər. Lakin təxribat törədənlə təxribata məruz qalanı eyniləşdirən həmsədrlər bununla əvvəkli mövqelərindən əl çəkmədiklərini bir daha göstərmiş oldular”.

Bu sözləri Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev) birgə bəyanatını şərh edərkən deyib.

Politoloq hesab edir ki, çağırış hər iki tərəfə deyil, təkcə Ermənistana edilməli idi:

"Rəsmi Bakı indiki halda nə üçün gərginliyi artırmalıdır? Bizim niyyətimiz gərginlik artırmaq olsaydı, 44 günlük müharibəni 1 il, 2 il, hətta daha artıq davam etdirə bilərdik. Nəinki Qarabağ, hətta tarixi torpaqlarımızı da azad edə bilərdik. Lakin biz bunu etmədik. Əksinə, 10 noyabr bəyanatında qalib tərəf olmağımıza baxmayaraq kifayət qədər məqbul şərtlər irəli sürdük.

Noyabrın 13-də Ermənistan vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin postuna əl qumbarası atıb. Təxribatı törədən də, onun milliyyəti də, vətəndaşlığı da bəllidir. Bu halda nə üçün həmsədrlər tərəflərə çağırış edir. Burada tərəflər yoxdur, tərəf var. Burada regionda sabitliyi pozan gərginlik, artıran vətəndaşına belə sahib çıxmayan və ya onu kamikadze kimi ölümə göndərən bir Ermənistan var. Həmsədrlərin müraciətinin ünvanı heç bir halda Bakı ola bilməz. İrəvan ilə Bakı bu məsələdə bərabər tərəflər deyil”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR