Logo

Mənzillərə istiliyin verilməsi bu tarixdə yekunlaşacaq - Rəsmi açıqlama

Mənzillərə istiliyin verilməsi bu tarixdə yekunlaşacaq - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb. Bəzi istiqamətlərdə iş yekunlaşsa da, əksər abunəçilər istiliyin verilməməsindən narazıdır.

Məsələ ilə Sfera.az-a danışan "Azəristiliktəchizat” Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev istliyin verilməsinin gün ərzində tamamlanacağını bildirib.

Qurum rəsmisi bəzi istiqamətlərdə bu prosesə tam keçidin iki gün zaman alacağını deyib:

"Qazanxanaların bu gündən etibarən işə salınmasına başlanılıb. Gün ərzində bütün qazanxanaların işə salınması nəzərdə tutulur. Bəzi iri rayonları var ki, onlara 200 xidmət zonası daxildir. Bu ərazilərdə də məktəb və bağçalar fəaliyyət göstərir. Həmin istiqamətlərdə də müəyən tənzimləmələr aparılır.

Texnoloji rejimə tam çıxmaq iki gün vaxt aparır. Buna görə intensiv iş gedir ki, gün ərzində həmin yerlərdə qazanxanalar iş rejiminə çıxa bilsin”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR