Ermənistanda Gorus-Qafan yoluna görə keçirilən aksiyada qarşıdurma - Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Ermənistanda bu gün aksiya keçirən müxalifət Nazirlər Kabinetinin iclası zamanı binanın önünə toplaşıb.
Sfera.az xəbər verir ki, polislə aksiya iştirakçıları arasında yaranan qarşıdurma zamanı xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, aksiyada iştirak edənlər arasında "Ermənistan” blokunun deputatları Geqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan da olub. Onlar Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz ediblər.
Aysel
Sfera.az






