Logo

Bakıda əsas magistrallarda sürət həddi endirildi

Bakıda əsas magistrallarda sürət həddi endirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistralında sürət həddi endirilib.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar" - deyə, Agentlik qeyd edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR