Türkiyədə bina çökdü, dağıntılar altından 13 nəfər çıxarıldı - VİDEO
Kateqoriya məlum deyil
Türkiyənin şərqindəki Malatya şəhərində çökən köhnə binanın dağıntıları altından daha 2 nəfər çıxarılıb.
Sfera.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Bununla da dağıntılar altından çıxarılan yaralıların sayı 13-ə çatıb.
***
Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.
Sfera.az bu barədə İHA-ya istinadən xəbər verir.
Məlumata görə, dağıntılar altında xeyli sayda insan qalıb.
İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis və tibbi qruplar cəlb edilib.






