İran rəsmisindən gözlənilməz ETİRAF: "Nefti qeyri-qanuni yolla satırıq, pulu isə gizli şəkildə..."
Kateqoriya məlum deyil
İran rəsmisindən gözlənilməz etiraf gəlib.
Sfera.az "Euronews"a istinadən bildirir ki, iqtisadi məsələlər üzrə vitse-prezident Möhsün Rezayi İranın nefti qeyri-qanuni yolla satdığını və bunun müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini deyib. O, bu addımın ABŞ-ın sanksiyalarına görə atıldığını bildirib.
Rezayi, həmçinin İranın 3 ildir ABŞ-ın "hüquqi əsas olmadan" iqtisadi blokadası altında olduğunu vurğulayıb. Çıxışı zamanı daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu müdafiə edən rəsmi, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını da əlavə edib.
Günay Rəsulqızı
Sfera.az






