Logo

Gələn ilin büdcəsində uşaqpulu nəzərdə tutulur? - AÇIQLAMA

Gələn ilin büdcəsində uşaqpulu nəzərdə tutulur? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Hesab edirəm ki, indiki büdcədə uşaq pulu müzakirə olunmayacaq”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib:

"Sovet dönəmində bütün uşaqlara verilirdi. Müstəqilliyimizin ilk illərindən başlayaraq 2006-cı ilə qədər isə uşaq pulu yalnız aztəminatlı ailələrin uşaqlarına verildi. İndi isə uşaqlarla bağlı 13-ə yaxın müavinət var. Yenə də aztəminatlı ailələrin uşaqlarına uşaq pulu verilir. Həmçinin 13 istiqamətdə uşaqlarla bağlı müavinət növü vardır. O cümlədən həqiqi hərbi xidmətdə olanların, şəhid uşaqları ilə bağlı, valideyn himayəsini itirimiş, əliliyi olan uşaqlarla əlaqədar, 3 yaşa qədər uşağa baxmaqla bağlı və yaxud 1 yaşa qədər uşağa görə ayrı bir müavinətdir. Bunların hər birini saysaq, 13-ə qədər müavinət var”./Unikal.org

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR