Logo

Rusiya Ukrayna sərhədinə 90 minlik qoşun yığdı: Müharibə başlayır?

Rusiya Ukrayna sərhədinə 90 minlik qoşun yığdı: Müharibə başlayır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər Ukraynanın şərqində gərinliyin yenidən artması öz növbəsində Kiyev ilə Moskvanı da qarşı-qarşıya gətirib. Xüsusilə Ukraynanın Donbas separatçılarına məxsus mövqeləri "Bayraqdar TB2" PUA-ları ilə vurması Rusiyanı da hərəkətə keçirib.

Rəsmi Moskva təxminən 90 min nəfərdən ibarət qoşun qrupunu Ukrayna sərhədləri yaxınlığında Krım və Donbasın işğal olunmuş ərazilərində cəmləşdirib. Maraqlıdır, Kremlin bu davranışı nədən xəbər verir? Rəsmi Moskva Kiyev ilə müharibəyə hazırlaşır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Moskva və Kiyev arasında gərginlik olsa da, bu gərginliyin lokal müharibə sferasına keçəcəyini düşünmür.

"Məsələ ondadır ki Ukrayna Rusiya sərhədi və separatçılar nəzarətində olan ərazilərdə vaxtaşırı belə gərginliklər olur. Xüsusilə, son insident zamanı rəsmi Kiyevin Türkiyə istehsalı olan "Bayraqdar" PUA-larından istifadə etməsi faktiki olaraq Kiyevin üstünlüyü ələ aldığı və separatçıların istənilən nöqtəsini vura biləcəyini göstərir. Təsadüfi deyil ki, separatçılar artıq özünü narahat hiss edir. Bu həm də onu deməyə əsas verir ki, separatçılar psixoloji üstünlüyü də itirib. Yəni onlar daha rahat şəkildə küçələrdə əllərini qollarını sallayaq gəzə bilməyəcəklər.

Rusiyanın 90 min nəfərdən ibarət qoşun qrupunu Ukrayna sərhədləri yaxınlığında Krım və Donbasın işğal olunmuş ərazilərində cəmləməsinə gəldikdə, deyə bilərəm ki, rəsmi Moskva bundan öncə də bənzər addım atmışdı. Yəni bu, Kremlin Kiyevə gözdağı verməsidir. Ukrayna ordusu bir neçə qəsəbəni separatçılardan təmizləyib. Əlbəttə bu da Kremli hərəkətə gətirmək üçün yetərli səbəbdir".

Onun sözlərinə görə, Rusiya vaxtaşırı ordusu ilə təlimlər keçirərək qonşu ölkələrə təzyiq etməyə çalışır:

"Misal üçün Qazaxıstan Baltikyanı ölkələr, hətta Azərbaycan sərhədində bənzər şəkildə təlimlər keçirilib. Kreml bununla dominantlığını və regionda hakim güc olduğunu ətraf ölkələrə xatırladır.

Nəticə etibarilə Rusiyanın bu gün Ukrayna sərhədinə qoşun yığması da sadəcə bundan irəli gəlir. Gərginliyin müharibə sferasına keçməsi inandırıcı deyil. Bir müddət sonra tərəflərin sakitləşəcəyini ehtimal etmək olar”

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR