Logo

Xankəndində yaşayış binası tikməyi planlaşdıran ermənilərə CAVAB: "Tiksinlər, onsuz da hamısı Azərbaycanın mülkiyyətində olacaq"

Xankəndində yaşayış binası tikməyi planlaşdıran ermənilərə CAVAB: "Tiksinlər, onsuz da hamısı Azərbaycanın mülkiyyətində olacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Belə addımlar bir görüntü yaratmaq məqsədi daşıyır – seperatçı rejimin tör-töküntüləri var, onlar fəaliyyət göstərirlər, quruculuq işləri ilə məşğuldurlar və s”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qarabağdakı separatçı rejimin Xankəndində 300 nəfərlik yaşayış binası tikməyi planlaşdırmasına münasibət bildirərkən deyib.

Müsahibimiz sözlərinə görə, belə populist addımlarla heç kimi inandırmaq mümkün deyil:

"Əvvəla, 30 il ərzində işğal altında saxladıqları torpaqlarda etdikləri vandalizmə bir baxın. Şuşanı özlərinin paytaxtı elan etmək istəyirdilər və orada bir dənə tikili tikməyiblər, çox binaları məhv ediblər, indi də Xankəndində, Xocalıda yaşayış binası tikməkdən danışırlar. Hesab edirəm ki, bu ancaq daxili auditoriya üçün ünvanlanmış addımdır. Amma hətta bunu tiksələr belə, qoy etsinlər. O binaların hamısı Azərbaycan mülkiyyətində olacaq. Çünki Xankəndi də, Xocalı da və digər rus sülhməramlıların müvəqqəti nəzarət zonasında olan ərazilərin hər biri Azərbaycan torpaqlarıdır, dünya bu cür də qəbul edir”.

Millət vəkili qeyd edib ki, qondarma rejimin başçısı Arayik Arutyunyan Xankəndində evlərin tikilməsi ilə bağlı bəyanat versə də, digər tərəfdən həmin ərazidə Azərbaycanşünaslıq mərkəzi də açılıb:

"Məqsəd də Azərbaycan dilini, mədəniyyətini öyrənməkdir. Deməli artıq Xankəndində olan ermənilər də dərk etməyə başlayırlar ki, onların gələcəyi, taleyi Azərbaycana inteqrasiyadan keçir.  Dilimizi öyrənəcəkləri təqdirdə, tam Azərbaycan vətəndaşı olmaq mümkündür. Bu nöqteyi nəzərdən düşünürəm ki, Azərbaycanşünaslıq mərkəzinin açılması bir daha ona dəlalət edir ki, onlar öz perspektivlərini müəyyən edirlər – Azərbaycan vətəndaşı olmaq, dilimizi öyrənmək və bununla da özlərinin, övladlarının gələcəyini müəyyən etmək. Amma bütövlükdə hesab edirəm ki, Araik kimilər - bu gün tarixin zibilxanasında eşələnən adamlar unutmamalıdırlar ki, kapitulyasiya aktına imza atıblar, məğlub durumdadırlar və yeganə yol da əməkdaşlıqdan keçir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Arutyunyana qarşı cinayət işi açıb, o, axtarışdadır. Ona daha çox bu haqda düşünməyi məşləhət görərdim”.

Xatırladaq ki, bundan bir müddət öncə separatçı rejim Xocalıda da yeni yaşayış binalarının tikiləcəyini qeyd etmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR