Logo

11 yaşlı uşaq və anası sığınacağa yerləşdirildi – RƏSMİ

11 yaşlı uşaq və anası sığınacağa yerləşdirildi – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İmişlidə zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın reabilitasiyasına başlanılıb.

Sfera.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə fəaliyyət göstərəcəklər.

"Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində olacaq”, deyə qurum rəsmisi əlavə edib.

M.Həşimov həmçinin bildirib ki, azyaşlının anası da artıq agentliyin sığınacağına yerləşdirilib: "Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR