"Səhər yeməyi üçün vacib qidalar 63 faiz bahalaşıb" - Millət vəkili qiymət artımından danışdı
Kateqoriya məlum deyil
"Dünyada standart səhər yeməyi 10 ildə ən yüksək həddə qədər bahalaşıb”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, 2019-cu ildən bəri səhər yeməyi üçün qidaların qiyməti orta hesabla 63% artıb:
"2021-ci ilin avqustundan etibarən isə qiymət artımı sürətlənib. Belə ki, buğda 20%, şəkər 26%, çay və kofe isə 56% bahalaşıb. Qidanın bahalaşmasının səbəbləri kimi, pis hava şəraiti, bəzi kənd təsərrüfatı məhsullarının az yığılması və COVID-19 pandemiyası səbəbindən təchizat zəncirində yaranan problemlər göstərilir”.
Millət vəkili əlavə edib ki, "Financial Times”ın rəyini soruşduğu ekspertlərin sözlərinə görə, qidaların bahalaşması ən azı 2022-ci il ərzində də davam edəcək.
Günay Rəsulqızı
Sfera.az






