Logo

“Uşaq cinayətlərinə görə cəzalar sərtləşməlidir, ölüm hökmü isə...” - Hüquqşünas

“Uşaq cinayətlərinə görə cəzalar sərtləşməlidir, ölüm hökmü isə...” - Hüquqşünas
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İmişlidə atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın başına gələnlər ölkə gündəmini silkələyib. Sosial şəbəkələrdə böyük aqressiya yaradan xəbər, bu kimi hallarla bağlı ölüm hökmünün bərpa edilməsi tələblərini də artırmaqdadır.

Maraqlıdır, xüsusilə bu cür ağır cinayətlər üçün ölüm hökmünün bərpası mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev uşaqlara qarşı zorakılıq törədən şəxslərin ömürlük azadlıqdan məhrum edilməli olduğunu deyib:

"Azyaşlılara qarşı cinayət törədən şəxslərə tətbiq edilmiş cəzanın sərtləşdirilməsinin tərəfdarıyam. Bu şəkildə cinayət törədənlərin ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul etmək olar. Ölüm hökmünü isə prinspial olaraq qəbul etmirəm. Yəni bu hadisə kimi digər cinayətlər də var ki, onlar üçün də ölüm hökmünün tətbiq oluna biləcəyi təklifini irəli sürə bilərlər”.

Xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR