"Mən Armen Qriqoryanın həmin çıxışına baxmışam və...” – Politoloqdan açıqlama
"Bu gün Ermənistanda hələ də hansısa dövlət rəsmisi, siyasətçi "Atrsax”dan bəhs edirsə, demək, o qeyri-ciddi, xəyalpərəst adamdır. Ümumiyyətlə, boş xülya və xəyallarla yaşamaq belə insanların gündəlik həyat tərzinə çevrilib. Görünür, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da belə insanlardandır”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan TŞ katibi Armen Qriqoryanın "Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikirlərini şərh edərkən deyib.
O, bildirib ki, Armen Qriqoryan istədiyi qədər "Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyə bilər, hər halda reallıq göz qabağındadır:
"Mən Armen Qriqoryanın həmin çıxışına baxmışam və deyə bilərəm ki, bu, elə də ciddi hadisə deyil. Təsəvvür edin, onun ""Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsi heç sadə erməni vətəndaşları tərəfindən də ciddiyə alınmadı. Sosial şəbəkələrin erməni seqmentində onun bu sözlərinə əksər istifadəçinin reaksiyası "Doğrudur, çünki daha "Artsax” yoxdur” oldu. Yəni öz xalqı qarşısında belə ciddiyə alınmayan bir şəxsin fikri bizim üçün nə üçün vacib olmalıdır?
Qriqoryanın bu sözləri ilə fırtınadan sonra hər şeyini itirən, lakin keçmiş günlərin xatirəsi ilə yaşayan insan təəssüratı yaradır”.Turan Rzayev






