“Müavinətləri lap 100 faiz artırsaq da...” – Deputat bahalaşmadan şikayətləndi
Kateqoriya məlum deyil
"Müavinətlər 100 faiz də qalxsa, zənbillər dolmayacaq”.
Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib.
Millət vəkili "Azəristilik" ASC tərəfindən verilən istiliyin əhalini qane etmədiyini də diqqətə çatdırıb:
"Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması sosial həyata təsir edib və marketdə də qiymətlər artıb. Prezidentin təqaüdlərin artırılması ilə bağlı qərarını alqışlayıram. Lakin biz baxmalıyıq ki, başqa hansı addımları ata bilərik? Bütün ölkə üzrə mərkəzi istilik sistemi bərpa edilməlidir. Lakin görək, "Azəristilik" ASC bunun öhdəsindən gəlirmi? Qazanxanalar tikilməlidir ki, vətəndaş istilik sistemindən lazımınca istifadə edə bilsin”.Əzizə Zeynal






